Sel Qəbələ-Laza avtomobil yolunda fəsadlara səbəb oldu – FOTObackend

Sel Qəbələ-Laza avtomobil yolunda fəsadlara səbəb oldu - FOTO

Qəbələ-Laza avtomobil yolunu sel basıb.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, son iki gündə Qəbələ rayonunun dağlıq ərazilərinə yağan güclü leysan yağışları nəticəsində Qəbələ-Laza avtomobil yolunda fəsadlar yaranıb.

Sel suları avtomobil yolunun müəyyən hissələrini yuyub, yol yararsız hala düşüb, nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb.

Hazırda aidiyyəti qurumların əməkdaşları tərəfindən əraziyə baxış keçirilib, yolun bərpası istiqamətində işlər aparılır.

Mövcud vəziyyətlə əlaqədar Laza kəndinə gediş-gəliş alternativ yolla həyata keçirilir. Yaxın günlərdə yolun yenidən bərpa olunacağı gözlənilir.APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*