ABŞ Prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiv Uitkoffun “Vaşinqton Eksperti” (“Washington Examiner”) qəzetində dərc olunan məqaləsini paylaşıb.
KONKRET.az xəbər verir ki, o, bu barədə özünün “Truth Social” səhifəsində paylaşım edib.
Qeyd edək ki, Uitkoffun avqustun 10-da dərc olunan məqaləsi ABŞ liderinin Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq səylərinə həsr olunub.

