Şəhid olan əsgərimiz dəfn olundu – FOTOLARbackend

Şəhid olan əsgərimiz dəfn olundu - FOTOLAR

Ötən gün Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən sərhədçi əsgər Fərzəliyev Fərzalı Əlimövsüm oğlu dəfn olunub.

KONKRET.AZ xəbər verir ki, dəfn mərasimi Ucar rayonunda doğulduğu Alpı kəndində keçirilir. İzdihamla keçən mərasimdə F.Fərzəliyevin adına dualar oxunub, “Şəhidlər ölməz, vətən bölünməz” şuarları səsləndirilib.

Şəhid adıçəkilən kənddə torpağa tapşırılıb.

Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Trend-ə verilən məlumata görə, 2020-ci ilin 07 yanvar tarixində saat 14:56 radələrində Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən sərhədçi əsgər Fərzəliyev Fərzalı Əlimövsüm oğlu şəhid olub.

Trend.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*