Şəhid pilot Rəşad Atakişiyevin ailəsinə pensiya TƏYİN EDİLDİbackend

Şəhid pilot Rəşad Atakişiyevin ailəsinə pensiya TƏYİN EDİLDİ

Şəhid pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşına ailə başçısını itirməyə görə pensiya təyin edilib.

Bu barədə KONKRET.az-a Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili məlumat verib.

Pensiya təyinatı pilotun iki övladına görə həyata keçirilib.

Qeyd edək ki, polkovnik-leytenant 2019-cu ilin iyulun 24-də Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcı təyyarəsi gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya düşüb. Hadisə nəticəsində R.Atakişiyev həlak olub. Nəşi isə avqustun 20-də tapılaraq dənizdən çıxarılıb.

R.Atakişiyev Prezident İlham Əliyevin göstərişinə əsasən, Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən göstərdiyi xidmətlərə görə ölümündən sonra “Şücaətə görə” medalı ilə təltif edilib.

Mayın 7-də R.Atakişiyevə şəhid status verilib.

Pilotun iki oğul övladı yadigar qalıb.

  • Səbuhi
    İyun 11, 2021 - 09:21

    Pensiya 2019-cu ildən təyin olunmalı idi.Pensiya vaxtında təyin olunmadığı üçün kim cəzalandırıldı?

    • İrşad Kərimov
      İyun 11, 2021 - 09:55

      Geridə itirilmiş müddət üçün hesablana bilər . Vicdanları olsa ! Təəssüf ki , yoxdur .

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*