Səhiyyə Nazirliyi Oqtay Şirəliyevin şirkətini məhkəməyə verdibackend

Səhiyyə Nazirliyi Oqtay Şirəliyevin şirkətini məhkəməyə verdi

Azərbaycanda böyük apteklər şəbəkəsinə malik “Zeytun Pharmaceuticals” MMC barəsində məhkəmə iddiası qaldırılıb.

KONKRET.az xəbər verir ki, Səhiyyə Nazirliyi şirkət sanitariya-gigiyena və epidemioloji qanunvericiliyi pozmaqda təqsirli bilib.

“Zeytun Pharmaceuticals” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsinə əsasən protokol tərtib edilib, Yasamal Rayon Məhkəməsinə göndərilib.

İnzibati Xətalar Məcəlləsinin həmin maddəsinə əsasən bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə – inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, “Zeytun Pharmaceuticals” MMC-nin qanuni təmsilçisi Bəhruz Şirəliyev olsa da, mətbuatda yayılan və təkzib olunmayan məlumata görə, şirkət eks səhiyyə naziri Oqtay Şirəliyevdir./Bakıvaxtı.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*