backend

Səhiyyə Nazirliyi yeni ildən rüşvətsiz işləməyi planlaşdırır - ÖHDƏLİK

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Özbəkistan Səhiyyə Nazirliyi 2020-ci ili korrupsiyaya qarşı mübarizə ili elan edib. Bu barədə Səhiyyə Nazirliyinin fövqəladə video-konfransı zamanı açıqlama verilib.

Baş Prokurorluqda keçirilən iclasda Baş prokuror Niqmatilla Yuldaşev səhiyyə sahəsində çoxsaylı korrupsiya və qanun pozuntularına işarə edib. O, vurğulayıb ki, son iki ildə 581 səhiyyə işçisi müxtəlif qanun pozuntularına, onlardan 114-ü isə korrupsiya cinayətlərinə görə cəzalandırılıb.

Baş prokuror işçilərin işə qəbulu prosesində, maliyyə-təsərrüfat fəaliyyətlərində, tibbi xidmətlərin göstərilməsində və əczaçılıq dəstəyində baş verən korrupsiya hallarına diqqət çəkib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*