Səhnədə çıxış edən Bayden “dondu”backend

Səhnədə çıxış edən Bayden "dondu

Amerika lideri Co Bayden yenə hərəkəti ilə diqqət çəkməyi bacarıb. 

KONKRET.az xəbər verir ki, Los-Ancelesdə Demokrat  Partiyasının sponsorları ilə keçirilən tədbirdən sonra Ağ Evin keçmiş və indiki rəhbərləri qonaqlarla vidalaşmaq üçün səhnəyə çıxıblar.

Obama artıq çıxışa doğru irəliləməyə başlayıb, lakin Bayden donub və yerindən tərpənməyib. Daha sonra eks-prezident Amerika liderinin əlinə toxunaraq onu bu vəziyyətdən çıxarıb və səhnədən birlikdə tərk ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*