Əli Kərimli ilə bağlı daha bir xəbərbackend

Əli Kərimli ilə bağlı daha bir xəbər

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və müavini Məmməd İbrahimin məhkəməsi başlayır.

KONKRET.az bildirir ki, “Qafqazinfo”nun məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hələlik ilk iclasın vaxtı təyin edilməyib.

Ə.Kərimli və M.İbrahimə Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər) maddəsi ilə yekun ittiham verilib. Bu maddənin sanksiyasında 20 ilə kimi və ya işin hallarından asılı olaraq ömürlük həbs cəzası nəzərdə tutulur.

Qeyd edək ki, Ə. Kərimli və M.İbrahim ötən il Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işinin davamı olaraq həbs edilib. AXCP sədri hazırda məhkəməsi gedən R.Mehdiyevin işində şahid qismində tanınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*