Səidə Röyanı tənqid etdi, Natavan fürsəti qaçırmadı – QALMAQAL – FOTOLARbackend

Səidə Röyanı tənqid etdi, Natavan fürsəti qaçırmadı - QALMAQAL - FOTOLAR

Röya Ayxanla müğənni Natavan Həbibi arasında yaranan imic qalmaqalına müğənni Səidə Sultan da qoşulub.

KONKRET.az xəbər verir ki, Səidə də Natavan kimi Röyanı imic yamsılamaqda ittiham edib.

Səidə qeyd edib ki, sözügedən obrazı o, 2019-cu ildə reallaşdırıb: “Röyanın İnstaqramda xəbər səhifələrindən sildirdiyi şəkili istədim öz səhifəmdə paylaşım. Sizcə, düz eləmişəm? Şərhi sizə buraxıram. Bu şəkli mən 2019-cu il 17 iyunda çəkdirmişəm. Ünvanlıdır. Niyə inciyirsiniz ki? Fakt göz önündədir”.

N.Həbibi Səidənin postuna “İdeya mənbəyidir ey… Gündə bir şey fikirləşir yazıq”, – deyə qeyd edib.

Röyasevərlər isə müğənnini paxıllıqda ittiham ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*