Şəkidə iki qadını şantaj edən şəxs SAXLANILDIbackend

Şəkidə iki qadını şantaj edən şəxs SAXLANILDI

Şəkidə qadınların şəkillərini paylaşılacağı ilə hədələyərək pul tələbən edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən KONKRET.az-a verilən xəbərə görə, Şəki Şəhər Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini olan 2 qadın onların ailə fotoşəkillərinin sosial şəbəkədə paylaşılacağı ilə hədələnərək pul tələb olunmasını bildiriblər.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş M.Teyyubov saxlanılıb.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*