Sel Qaradağ rayonunda körpünü və alternativ yolu dağıdıb – VİDEObackend

Sel Qaradağ rayonunda körpünü və alternativ yolu dağıdıb - VİDEO

Bakının Qaradağ rayonu, Umbakı qəsəbəsində körpü uçub, alternativ yolu isə sel yuyub aparıb.

KONKRET.az Xəzər TV-yə istinadən məlumat verir ki, ərazidən istifadə edən tibb işçiləri də çaydan keçmək məcburiyyətində qalıblar.

Əlacsız qalan sakinlər də çətinliklə yolu keçməyə çalışırlar.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sözçüsü Anar Nəcəfli bildirib ki, alternativ yolu yenidən bərpa etməyə çalışırlar.

Körpünün əsaslı şəkildə yenidən qurulmasına gəldikdə isə, bildirilib ki, bununla bağlı yaxın vaxtlarda qərar verilməsi gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*