Şəmkirdə avtomobil aşdı – Ölənlər varbackend

Şəmkirdə avtomobil aşdı - Ölənlər var

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

KONKRET.az xəbər verir ki, hadisə yolun Seyfəli kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Lada Priora” markalı minik maşının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb və daha sonra yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı sürücü, 1998-ci il təvəllüdlü Adilzadə İsmət və onun sərnişini 1997-ci il təvəllüdlü İbadullayev Ayazxan hadisə yerində ölüb. Faktla bağlı araşdıırma aparılır.

İlkin məlumata görə İsmət Adilzadə polis əməkdaşıdır.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*