Şəmkirdə “Mercedes” obyektə çırpıldı – Ölü və yaralılar varbackend

Şəmkirdə "Mercedes" obyektə çırpıldı - Ölü və yaralılar var

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, rayonun Seyfəli kəndində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı obyektə çırpılıb.

Qəza nəticəsində Seyfəli kənd sakini, 1986-cı il təvəllüdlü Nəzarət Əliyev və həmkəndlisi, 1997-ci il təvəllüdlü Elmar Mustafayev ağır xəsarət alıb.

Yaralıların hər ikisi xəstəxanaya çatıdırılısa da, N.Əliyev dünyasını dəyişib. E.Mustafayevin vəziyyəti isə ağır olaraq qalır.

Faktla bağlı araşdırmalara başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*