Şəmkirdə mikroavtobus aşdı – Xəsarət alanlar varbackend

Şəmkirdə mikroavtobus aşdı - Xəsarət alanlar var

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az-ın məlumatına görə, hadisə Qasımalılar kəndində qeydə alınıb. Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların olduğu bildirilir.

Məlumata görə, rayonun Qasımalılar kənd ərazisində “Mercedes” markalı mikroavtobusun idarəetmədən çıxaraq aşması nəticəsində Xaləddin Allahverdiyev, Məmmədova Zinurə, Güloğlan Məmmədov, oğulları – 2004-cü il təvəllüdlü Röyal Məmmədli, 2010-cu il təvəllüdlü Rəcəb Məmmədli və daha bir şəxs xəsarət alıblar.

Hazırda həmin şəxslər xəstəxanaya yerləşdiriliblər.

Xəsarət alanların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb./report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*