Xaçmazın keçmiş icra başçısı Şəmsəddin Xanbabayev Xaçmaz şəhərində yerləşən obyektini satıb.
KONKRET.az xəbər verir ki, Xaçmaz şəhərinin giriş hissəsində,Xaçmaz-Xudat yolunun sağ kənarında yerləşən 3 mərtəbəli həmin iaşə obyektinin tikili altında olan ümumi ərazisi 1000 kv/metr-dən çoxdur. Uzun müddət ”Şimal MALL”ticarət mərkəzi adı altında fəaliyyət göstərən obyektin 1 milyon manata satıldığı bildirilir.
Məlumata görə obyekt “MEQASTORİ” mağazalar şəbəkəsinə satılıb və yaxın günlərdə həmin ərazidə sözügedən mağazalar şəbəkəsinin növbəti mağaza filialı fəaliyyətə başlayacaq.
Qeyd edək ki,həmin obyekt Şəmsəddin Xanbabayevin Xaçmaz RİH-nin başçısı olduğu dövrdə inşa edilib.//7Times.az