“Senatorlar F-16 qırıcılarının satışına müsbət rəy verib” – Ərdoğanbackend

"Senatorlar F-16 qırıcılarının satışına müsbət rəy verib" - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda görüşdüyü iki ABŞ senatorunun Ankaraya F-16 qırıcılarının satışına müsbət rəy verdiyini bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə o, “Reuters” agentliyinə müsahibəsində bildirib.

“Onlar müsbət danışırlar”, – Ərdoğan BMT-nin baş katibi Antonio Quterreşlə görüşündən əvvəl deyib. Məlumata görə, Ərdoğan Nyu-Yorkda ABŞ senatorları Lindsey Qraham və Kris Kuns ilə görüşüb. ABŞ prezidenti Co Baydenlə görüşüb-görüşməyəcəyi ilə bağlı sualı cavablandıran Türkiyə lideri Baydenin ev sahibliyi edəcəyi ziyafətə qatılacağını söyləyib.

Qeyd edək ki, Türkiyə ABŞ-dan 40 ədəd F-16 qırıcısı və mövcud döyüş təyyarələri üçün 80-ə yaxın modernləşdirmə dəsti almaq istəyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*