“Sentyabrın 21-də Paşinyan getməlidir” – İrəvanda istefa tələbilə MİTİNQ – CANLI + YENİLƏNİBbackend

"Sentyabrın 21-də Paşinyan getməlidir" - İrəvanda istefa tələbilə MİTİNQ -  CANLI + YENİLƏNİB

Avqustun 23-də İrəvanın Respublika meydanında Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə mitinqə start verilib.

KONKRET.az xəbər verir ki, mitinqi avqustun 10-da Ermənistanın Polşadakı keçmiş səfiri, Konstitusiya Məhkəməsi aparatının keçmiş rəhbəri Edqar Qazaryan elan edib və Müstəqillik Hərəkatının yaradıldığını bəyan edib.

Plana görə, sentyabrın 21-də Paşinyan getməlidir – ya təkbaşına, ya hüquqi prosesə başlamaqla, ya da parlamentinin 1/3-dən Baş nazirə etimadsızlıq bildirməklə.

Keçmiş səfir iqtidaryönlü deputatların özlərinin də Paşinyana etimad göstərməyəcəyini ehtimal edib. Qazaryan üç mitinq keçirməyi planlaşdırdığını açıqlayıb.

Birincisi avqustun 23-də, ikincisi sentyabrın 2-də, bu, Müqavimət Hərəkatının mitinqidir, üçüncüsü isə sentyabrın 21-də parlamentində Paşinyanın istefası təşəbbüsünün müzakirəsi zamanı parlamentin həyətində keçiriləcək.

Sonra əmin edib ki, yeni hərəkatın Müqavimət Hərəkatı ilə heç bir əlaqəsi yoxdur. Onun sözlərinə görə, yeni hərəkat Müqavimət Hərəkatından olan tərəfdaşların həyata keçirəcəyi aksiyalara qarşı çıxmır.

***

17:06

Hazırda Ermənistanda mitinq keçirilir.

KONKRET.az xəbər verir ki, mitinq Konstitusiya Məhkəməsinin keçmiş Aparat rəhbəri Edqar Qazaryanın təşəbbüsü ülə təşkil olunub. Mitinq saat 17:00-da Respublika meydanında olacaq.

Bugünkü mitinqdə “Ermənistan” fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan, keçmiş deputat Naira Zöhrabyan və başqa müxalifətçilər də iştirak edəcək.

“Mən müxalifətin bugünkü mitinqində iştirak edəcəyəm. Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyan onsuz da istefa verəcək. O, Ermənistan və Qarabağdakı vəziyyətə görə məsuliyyət daşıyacaq. Biz Ermənistan Respublikasının müstəqilliyi, eləcə də Qarabağ xalqının təhlükəsizliyi üçün mübarizə aparıb müdafiə edəcəyik”, – deyə Ohanyan bildirib.

“Edqar Kazaryanla arzum eyni Erimənistandır, müstəqil, möhkəm, ədalətli, heç kimin qarşısında əyilməyən və heç kimin ayaqqabısının altını yalamayan Ermənistandır.

Belə bir Ermənistan ancaq bu kapitulyator dəstəsi aradan götürülüəndən sonra olacaq”, – deyə Naira Zöhrabyan deyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*