Sentyabrın 21-dən Qazaxıstana 98 min Rusiya vətəndaşı DAXİL OLUBbackend

Sentyabrın 21-dən Qazaxıstana 98 min Rusiya vətəndaşı DAXİL OLUB

Sentyabrın 21-də elan edilən qismən səfərbərlikdən sonra artıq 98 minə yaxın Rusiya vətəndaşı Qazaxıstana daxil olub.

KONKRET.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin Miqrasiya Xidmətinin sədri Aslan Atalıkov deyib.

Onun sözlərinə görə, onlardan 64 234 nəfər artıq respublikanı tərk edib.

Qeyd dək ki, Qazaxıstan Daxili İşlər Nazirliyi 40 min rusiyalının respublika ərazisindən tranzit keçdiyini açıqlayıb. Qazaxıstanın Baş naziri Əlixan Smailov Rusiyadan gələn vətəndaşların qeydiyyatının asanlaşdırılması barədə göstəriş verib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*