“Artsax” rəsmən ləğv edilib. Qaçılmaz oldu və mən hər gün danışdıqlarımı şərh etmək istəmirəm. Ancaq aşağıdakılara diqqət yetirməlisiniz:
KONKRET.az xəbər verir ki, bu sözləri erməni fəal, bloqer İşxan Verdyan deyib.
Rusiya Gürcüstanla oynadığı oyunu Azərbaycanda təkrarlaya bilmədi – hərbi mövcudluq vasitəsilə əraziləri ilhaq etdi. Azərbaycan təzyiqlərə boyun əymədən, parçalanmadan de-yure və de-fakto öz ərazi bütövlüyünü bərpa edə bildi.
Məhz bu gün, sentyabrın 28-i tam qələbə günü, Azərbaycanın zəfər günüdür. Rusiya və dünyanın qalan hissəsi üzərində qələbə.
Ariz Həsənoğlu,
KONKRET.az
