SEPAH-ın Qüds qüvvələrinin Tehrandakı qərargahına HÜCUM EDİLDİ – VİDEObackend

SEPAH-ın Qüds qüvvələrinin Tehrandakı qərargahına HÜCUM EDİLDİ - VİDEO

SEPAH-ın Qüds qüvvələrinin Tehrandakı qərargahına hücum edilib.

KONKRET.az xəbər verir ki, bu barədə İran mediası bu gün məlumat yayıb. Məlumatda bildirilir ki, iyulun 9-u gecə saatlarında İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinin Tehranda yerləşən qərargahına hücum olub.

Qeyd olunur ki, Tehranın 5-ci bölgəsində, Bəsic küçəsinin “Himmət” və “Bakiri” kəsişməsində yerləşən qərargaha hücumdan sonra orada güclü partlayışlar baş verib.

Adı çəkilən qərargah Tehranda baş verən dinc etirazlarda narazılara qarşı əməliyyatlar keçirən əsas bazalardan biridir.

Hücumun məsuliyyətini rəsmi olaraq heç bir təşkilat öz üzərinə götürməyib. Hücum əməliyyati ilə bağlı İran Xalq Mücahidləri Təşkilatının xəbər yayması bundan öncə “Malik Əştər” qərargahına edilən hücum kimi bunun da onlar tərəfindən həyata keçirildiyi ehtimalını artırır.

Qeyd edək ki, iyulun 1-i yerli vaxtla saat 21:15-də SEPAH-ın Tehranda əsas bazalarından biri sayılan yarımhərbi “Bəsic” təşkilatının mənzil-qərargahında iki partlayış baş verib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*