Separatçılar niyə Qapanlı kəndini atəşə tutur?backend

Separatçılar niyə Qapanlı kəndini atəşə tutur?

Terrorçu rejimin gündəmə gətirdiyi və fevralın 20-də təsdiq etməyə hazırlaşdığı “ərazilərin işğaldan azad edilməsi haqqında” qondarma “qanun”a baxdıqda bu suala cavab tapa və açılan atəşin içkili vəziyyətdən qaynaqlanmadığını deyə bilərik.
Məlun “qanun layihəsi”nə Azərbaycanın işğaldan azad etdiyi ərazilərlə – keçmiş “DQMV”-yə daxil edilən Şuşa, Hadrut – yanaşı müharibədən əvvəl iddia etdikləri “Şaumyan (Goranboy) və Qetaşen (keçmiş Xanlar)” də daxil edilə bilər. Separatçı-terrorçu rejimin qondarma “xarici işlər naziri” David Babayan ötən həftə bildirirdi ki, onlar “müharibəyə qədər nəzarət etdikləri əraziləri, üstəlik Şaumyan və Qetaşeni” məlun “qanuna” daxil etməyi planlaşdırırlar.
Bu “hazırlıq” fonunda separatçı-terrorçuların Qafanlı istiqamətində atəş açması müharibədən əvvəlki vəziyyəti qaytarmaq, “mübarizəni” onların iddia etdikləri “qondarma “dqr”-lə Azərbaycan arasına” keçirmək istəyidir. İstisna deyil ki, bu “ağılı” onlara verən elə ruslardır.
Atəşin keçmiş Ağdərə – müharibədən sonra erməni terrorçuların (sayları ən az 10 mindən çoxdur) qaldığı ərazidən açılması 10 noyabr razılaşmasının hələ də icra edilməyən 4-cü bəndini bir daha aktuallaşdırır.
Asif Nərimanlı
  • Garachanta
    Fevral 6, 2022 - 21:28

    rus gavurları təhlükəli taktika seçiblər və ardıcıl həyata keçirmək istəyirlər
    1- millətimizdə Dövlət rəhbərliyinə inamsızlıq yaratmaq
    2- erməni gavurlarını üstümüzə qışqırtmaq və biz tərəfdən silahlı münaqişə yaradaraq 5 yox 50 il qalmaq
    3- Paşinyanı “dəstəkləyərək” Türkiyə ilə münasibətlərdən uzaqlaşdırmaq
    4- Zəngəzur koridorunun açılmamasını Paşinyanın qulağına pıçıldamaq
    5- Xankəndində yaşayan erməniləri refereduma hazırlamaq və “ana vətən- rus qançığına” birləşdirmək
    6- 3+3 formatının baş tutmasənən qarşısını almaq
    7- ordumuza yeni xainlər yeritmək
    8- iqtisadiyyatımıza əngəllər yaradaraq başımızı bu problemlərə qatmaq
    9- gənclər arasında rus ideyalarını yaymaq, türkçülük ideologiyasını qaralamaq
    10- müxtəlif rəsmi şəxsələrə qarşı kompromat toplamaq və onları lazımi anda istifadə etmək
    çaqqallar çaşıblar…Boz Qurd Yatmır!!

  • Garachanta
    Fevral 6, 2022 - 21:56

    Şuşanı yada salaq …raket məsələsi

    İsgəndər-M kvazi-ballistik raketdir yəni ballistik raket kimi atılır H=50 km, sonra ayrlan dğyüş başlığı aşağı hündürlüklərdə “qanadlı raket” kimi uçur (hərçənd qanadı yoxdur, döyüş başlığının quyruq bölməsində olan bərk yanacaqlı raket mühərriki qazo-reaktiv idarəetmə sisteminə malikdir) …idarəetmə yarım-sünii intellektə malikdir, yəni döyüş başlığı hədəf kvadratına sonra hədəf nöqtəsinə yaxınlaşdıqca yarım-süni intellekt sistem hərəkət trayektoriyasını dəqiqləşdirir…beləliklə raketin 500 km mənzilə malik olma məsələsi yalandır və düşməni çaşdırmaq məqsədi daşıyır….raketdən ayrılan aktiv döyüş başlığı 700-950 km mənzilə çata bilər…aktiv döyüş başlığı sanki “qanadlı raket” kimi uçur..belə raket başlığının idarəedilmə texnologiyasını rus gavurları ermənilərə verə bilməzdilər….nəticə- raket rus gavurları tərəfindən atılıb və döyüş başlığının idarəedilməsi rus komandası tərəfindən təmin edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*