Separatçılar Qarabağın “müdafiəsi” üçün bütün erməniləri birləşməyə ÇAĞIRDIbackend

Separatçılar Qarabağın "müdafiəsi" üçün bütün erməniləri birləşməyə ÇAĞIRDI

“Spravedlivost” Partiyası Qarabağı “qorumaq” təşəbbüsü ilə bütün erməniləri birləşməyə çağırıb.

KONKRET.az erməni mediasına istinadla bu barədə partiyanın bəyanatında deyilir.

“Qarabağ və Ermənistan ətrafında mövcud hərbi-siyasi vəziyyət kontekstində, Azərbaycan tərəfi Türkiyənin köməyi ilə həm Ermənistana, həm də “Arsax”a qarşı həlqəni sərtləşdirib. Fakt üzrə əslində 21-ci əsrdə erməni xalqının öz doğma yurdlarından növbəti deportasiyası baş verə bilər. Bütün əxlaq və beynəlxalq humanitar hüquq normalarına zidd olaraq, dünyanın gözü qarşısında bu, ola bilər.

Bütün ermənilərin müqavimət göstərmək və potensialından Vətənin rifahı naminə istifadə etmək bacarığı yalnız o halda ola bilər ki, birləşək və güclü olaq. “Arsax”da erməni xalqının mövcudluğu, mülkiyyət, doğma kəndlərdə və şəhərlərdə yaşamaq, inanc, mədəniyyət hüquqlarının müdafiəsi naminə dünyadakı bütün ermənilərin geniş şəkildə birləşməsi lazımdır.

Ermənilər öz tarixlərində dəfələrlə sübut ediblər ki, onlar Vətəni düşmənə vermək bahasına canlarını qurtarmağa hazır deyillər. “Spravedlivost” Partiyası dünyadakı soydaşlarımızın “Arsax”ın müdafiəsi üçün hərəkat yaratmaq təşəbbüsünü alqışlayır. Öz partiyasının bütün üzvlərini bütün imkan və potensialları yaradılan təşəbbüs qrupları ətrafında “Arsax”ı qorumaq adı ilə birləşməyə çağırır.

Məkan və əlaqə məlumatları daha sonra dərc olunacaq. Qeyd etmək istərdik ki, bu təşəbbüs həm Ermənistanda, həm də diaspordakı soydaşlarımız arasında böyük ruh yüksəkliyi və qətiyyətlə qarşılanıb. Çünki bu, tamamilə erməni xalqının haqlı tələblərindən irəli gəlir. Biz əminik ki, erməni xalqının müqavimət ruhu qırılmayıb, biz “Arsax”ın müdafiəsi üçün birləşməyə hazırıq və gücümüz var”, – deyə “bəyanat”da deyilir.

P.S. Yenə səsli-küylü, pafoslu “bəyanatlar”, gülünc hədələr, ermənilərin “divan qəhrəmanları”nın “asıb-kəsmələri” sosial şəbəkələri “ağzına alıb”. Azərbaycan isə öz işindədir. Ölkə üçün daha vacib olan məsələlər var, onların həlli daha önəmlidir. Bütün dünyanın erməniləri birləşsə də, Azərbaycanın “Dəmir Yumruğu”ndan güclü ola bilməyəcək. 

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*