backend

Separatçılar üçün Xankəndi xəbərdarlığı: "Dəmir yumruq heç yerə getməyib" - ÖZƏL

Azərbaycan ordusunun bir sıra strateji yüksəklikləri nəzarətə götürməsi erməniləri əməlli-başlı təşvişə salıb. Bu yüksəkliklərin alınması ordumuza Xankəndiyə girişlərə tam nəzarət etməyə imkan verir.  Ona görə də ermənilər Azərbaycan Silahlı Qüvvələrinin tarixi şəhəri geri qaytarmaq üçün hərəkətə keçəcəyindən ciddi narahatdırlar. Bəs görəsən ordumuz indiki şəraitdə bu addımı ata bilərmi?  

Mövzunu KONKRET.az-a şərh edən politoloq Tofiq Abbasov bildirib ki, müharibədən xeyli vaxt keçməsinə baxmayaraq Azərbaycan ordusu yenə də müəyyən manevrlər və hərəkətlər edir: “Əslində bu dinamika cavab addımları xarakteri daşıyır. Çüni biz istər-istəməz Ermənistanın və onun hələ də ərazilərimizdə olan əlaltılarının təhlükəli hərəkətlərinin, qeyri-qanuni kommunikasiya və istehkamlar qurmaq cəhdlərinin şahidi oluruq. Bütün bunlar bizi təhlükəsizlik məsələlərini diqqətdə saxlamağa və tələb olunan tədbirləri görməyə sövq edir. Ordumuzun nəzarətinə keçən həmin yüksəkliklər çox vacib əhəmiyyət daşıyır. Biz müharibədən sonra sülhə hazırlaşdığımızı açıqladıq və Ermənistanı buna dəvət etdik. Əməkdaşlıq və qonşuluq siyasətinin möhkəmlənməsi ilə bağlı konkret fikir və təkliflərinmizin olduğunu açıqladıq. Əgər Ermənistan təkliflərimizi qəbul etsə, bu zaman bölgədə prinsipial cəhətdən yeni bir atmosfer formalaşacaqdı. Ancaq biz gördük ki, rəsmi İrəvan hər şeyə “hə” desə də, özü əks istiqamətdə hərəkət edir. Təhlükəli manevrlər edərək vəziyyəti gərginləşdirməyə çalışır. Ona görə də, istər Ermənistan özü, istərsə də bölgədə onun diktəsi ilə fəaliyyət göstərən qeyri-qanuni dəstələr bilməlidirlər ki, hər hansısa sahədə qırmızı xəttləri keçsələr, bu zaman Azərbaycan ordusu dərhal onların cavabını verəcək. Artıq ordumuz bir neçə dəfə bunu edib”.

Tofiq Abbasov canlı efirdə Pənah Hüseyni döydü - Video

Politoloqun sözlərinə görə, Ermənistan və onun əlaltıları sülhə “hə” deməlidirlər. Əks halda baş verəcəklərə görə bütün məsuliyyət onların üzərinə düşəcək: “Hazırkı məqamda mövzunu Xankəndiyə daxil olmaq konteksində şərh etmək istəməzdim. Çünki biz istəsəydik müharibə vaxtı xankəndiyə girərdik. Çünki şəhərin bir addımlığında dayanmışdıq. Sadəcə olaraq ermənilərə şans verdik. Xatırlayırsınızsa ermənilər böyük təlatüm içində idilər, qaçıb gizlənirdilər. Seyran Ohanyan, Robert Koçaryan, Serj Sarkisyan və erməni keşişlər həmin vaxt ora gəlmişdilər. Onlar xaç işarələrini və avtomat silahları boyunlarından asaraq guya müdafiə xətti qurmaq istəyirdilər. Amma hamısı qorxu içində qaçıb getdilər. Biz bu proseslərin şahidi olmuşuq. Ordumuzun Xankəndiyə daxil olması üçün heç bir maneə mövcud deyildi. Lakin ermənilərə “ağıllanmaq” üçün bir daha şans verdik və separatçılıq meyllərindən əl çəkmələrini tövsiyə etdik. Əgər ağıllanmasalar yenidən öz cavablarını alacaqlar. Bu baxımdan Prezidentin “dəmir yumruq heç yerə getməyib deməsi, separatçılar üçün növbəti xəbərdarlıqdır. Yəni onlar öz həddlərini aşmamalıdırlar”.

Müşviq Tofiqoğlu,

KONKRET.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*