“Separatçıların bu addımı Azərbaycanı antiteror əməliyyatına məcbur edir” – ƏTRAFLIbackend

"Separatçıların bu addımı Azərbaycanı antiteror əməliyyatına məcbur edir" - ƏTRAFLI

Separatçıların Azərbaycanın ikinci görüşün Bakıda keçirilməsi ilə bağlı təklifindən imtina etməsi birmənalı qarşılanmayıb. Belə ki, onlar danışıqların Rusiya sülhməramlılarının vasitəçiliyi ilə ola biləcəyini vurğulayıblar. Bəs görəsən, Qarabağın erməni icması ilə ikinci görüş Bakıda keçirilə bilərmi? Ümumiyyətlə bu, bizə hansı üstünlüklər qazandırmış olar? Separatçıların bundan imtina etməsinin səbəbləri nədir?

Mövzunu KONKRET.az-a şərh edən Global Media və Siyasət Araşdırmaları İB-in eksperti, Politoloq Turan Rzayev bildirib ki, Prezident Administrasiyasının Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasları davam etdirmək, habelə infrastruktur layihələrinin reallaşdırılması məsələlərini müzakirə etmək üçün ikinci görüşə çağırması rəsmi Bakının mövqeyini bir daha açıq-aydın ortaya qoyur: “Prinsip etibarilə belə bir görüşün keçirilməsinə dair təklifin verilməsi gözlənilirdi. Rəsmi Bakı dəfələrlə elan edib ki, Qarabağdakı erməni əsilli şəxslər Azərbaycan vətəndaşlarıdır. Onların ən qısa zamanda Azərbaycan cəmiyyətinə inteqrasiya olunması və mübahisəli məsələlərin ən qısa zamanda həll edilməsi Bakının prioritetdir. Bakı prosesin ən qısa zamanda ərazi bütövlüyü çərçivəsində yekunlaşmasında maraqlıdır. Növbəti görüşlərin Bakıda keçirilməsi isə qarşılıqı etimadın yaradılması, habelə sağlam dialoqun qurulması baxımından olduqca vacibdir”.

Vaşinqtonun Cənubi Qafqaza diqqəti artıb”- Turan Rzayev

Politoloqun sözlərinə görə, separatçı rejim ermənilərin adından yox deyərək özünü “tərəf” kimi təqdim edir: “Bu, həm də reinteqrasiya prosesini baltalamq deməkdir. Hesab edirəm ki, bu hal Azərbaycanın əlini gücləndirəcək. Belə ki, ABŞ və Qərb təmasların məhz indi qurulmasını istəyirdi. Azərcbayn da bu istiqamtədə addım atdı. Separatçı rejim isə faktiki olaraq reinteqrasiya prosesini baltalamaqla məşğuldur. Separatçıların bu mövqeyi Azərbaycanın antiteror əməliyyatına başlaması üçün əsas yaradır. Çünki reinteqrasiya prosesinin önündə ən böyük maneə separatçı rejimdir. Rejimin sıradan çıxarılması üçün antiteror əməliyyatlarının keçirilməsi şərtdir”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*