Sərbəst güləşçimiz Avropa üçüncüsü oldubackend

Sərbəst güləşçimiz Avropa üçüncüsü oldu

Azərbaycan sərbəst güləşçisi Əli Rəhimzadə İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

KONKRET.az-ın məlumatına görə, 61 kq çəki dərəcəsində yer alan gənc pəhləvan 3-cü yer uğrunda görüşdə Macarıstan təmsilçisi İsmail Musukayevlə üz-üzə gəlib. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşsa da, Rəhimzadə sonuncu xalı aldığı üçün mükafatçılar sırasına düşüb.

Qeyd edək ki, bu, Azərbaycanın sərbəst güləş növündə ilk medalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*