Sergey Markedonov: “Rusiya digər münaqişələrdən fərqli olaraq bu dəfə çox ehtiyatlı davrandı”backend

Sergey Markedonov: "Rusiya digər münaqişələrdən fərqli olaraq bu dəfə çox ehtiyatlı davrandı"

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun baş tədqiqatçısı Sergey Markedonov altı həftəlik müharibənin Cənubi Qafqazda status-kvo baxımından zəlzələyə bərabər olduğunu bildirib.

KONKRET.az xəbər verir ki, o, bu münaqişənin regiondakı digər postsovet münaqişələrindən fərqləndiyini deyib. Markedonovun fikrincə, Cənubi Qafqazdakı münaqişələr 1993-94-cü illərdə əldə olunan status-kvodan bəri etnosiyasi münaqişələrdən geosiyasi münaqişələrə çevrilib.

Rusiya sülhməramlılarının Dağlıq Qarabağa gəlişi üç ölkə arasında atəşkəs anlaşması nəticəsində baş tutub.

“Belə ki, məsələn, 10-15 ildən sonra təkcə Tbilisi və Sxumi və ya Tbilisi ilə Moskva arasında deyil, NATO ilə Rusiya və Vaşinqton və ya Brüssellə Moskva arasında problemlər olub”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, Qarabağ münaqişəsi bu baxımdan digərlərindən fərqlənir, çünki burada geosiyasi qarşıdurmalar yoxdur. Yəni  tərəflərdən heç biri təkcə bir geosiyasi istiqamətə yönəlmir: “Məsələn, ermənilər təkcə Rusiya tərəfdarı, azərbaycanlılar isə anti-Rusiya və Qərb tərəfdarı deyil”.

Markedonov əlavə edib ki, Rusiya digər münaqişələrdən fərqli olaraq bu dəfə çox ehtiyatlı davranıb və mövqeyini açıq bildirməyib:

“Rusiya bu vəziyyətdən yararlanır. Belə ki, hər iki tərəf Rusiyanı etibarlı vasitəçi olaraq görür. Ona görə də Rusiyanın hər hansı seçim etməsi mümkün deyildi”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*