Sərhəddə əsir düşən 32 erməni təxribatçının aqibəti necə olacaq?  – Polkovnikdən AÇIQLAMAbackend

Sərhəddə əsir düşən 32 erməni təxribatçının aqibəti necə olacaq? - Polkovnikdən AÇIQLAMA

Ermənistan-Azərbaycan noyabrın 16-da əsir götürülən 32 erməni hərbçinin aqibəti necə olacaq?

Bu sayı Baş nazir Nikol Paşinyan açıqlayıb. Ermənistan Müdafiə Nazirliyi əsirlərin sayının 19 nəfər olduğunu bildirib.

KONKRET.az-ın məlumatına görə, ehtiyatda olan polkovnik Şair Ramaldanov yenisabah-a açıqlamasında məsələ ilə bağlı dövlətlər arasında danışıqların aparılacağını bildirib:

“Ümumiyyətlə, bu məsələlərlə bağlı dövlətlərarası komissiyalar işləyir. Hərbi əsirlərin əməlinə hüquqi qiymət veriləcək. Çünki onlar Azərbaycan sərhədində təxribat törədiblər. Düşünürəm ki, bununla bağlı iki dövlət arasında müəyyən danışıqlar gedəcək. Ola bilsin ki, Rusiya vasitəçilik etsin. Nəticədə, son qərar qəbul ediləcək”.

Hərbi ekspertin sözlrinə görə, əsirlərin Ermənistana geri qaytarılma ehtimalı yüksəkdir:

“Bu, münasibətləri daha düzgün istiqamətdə inkişafına xidmət edəcək. Çünki Ermənistanın revanşist qüvvələri məhz bu faktordan istifadə etməklə Azərbaycana qarşı müəyyən təzyiqlər göstərmək istəyirlər. Azərbaycan bu tip məsələlərə həm humanist mövqedən, həm də beynəlxalq qanunlar çərçivəsi yanaşır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*