Rusiya sərhədçiləri ölkəyə daxil olan şəxslərin şəxsi elektron cihazlarını yoxlamaq hüququ əldə ediblər.
KONKRET.az xəbər verir ki, yeni qaydalar həm mobil telefonları, həm də kompüter və digər rəqəmsal daşıyıcıları əhatə edir.
Sərhəd xidmətinin əməkdaşları cihazın kilidini açmağı tələb edə bilər ki, bu da birbaşa təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə əlaqələndirilir.
Mövcud qanunvericiliyə əsasən, cihazı təqdim etməkdən və ya şifrəni daxil etməkdən imtina edən şəxsləri ciddi cəzalar gözləyir. Belə ki, bu növ itaətsizlik üçün 5 min rubldan 7 min rubla qədər pul cəriməsi və ya 15 günədək inzibati həbs qətimkan tədbiri nəzərdə tutulub. Xarici vətəndaşlar üçün isə cihazın yoxlanılmasına icazə verməmək ölkəyə girişin qadağan edilməsi ilə nəticələnə bilər./yenisabah
