“Finlandiya Rusiya ilə sərhəddəki keçid məntəqəsini bağlamaq qərarı ilə özünü dünyadan təcrid edib”.
KONKRET.az bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Avropa rəsmilərinin köməyi ilə Qərb yeni maneə divarı tikir. Diplomat vurğulayıb ki, Helsinki sərhədi keçmək imkanından məhrum olanda təkcə Rusiya ilə münasibətləri deyil, həm də Finlərin özlərinin həyatını korlayıb.
Onun sözlərinə görə, Helsinki tərəfindən tikilən hasar Rusiyanı deyil, Finlandiyanın özünü hasara alıb:
“Özlərini hasara aldılar. Kimdən? Təkcə Rusiyadan deyil, həm də dünyadan”, – diplomat əlavə edib.
Burhan,
KONKRET.az
