backend

Serj Sarkisyanın kürəkəni: "Bu növbəti siyasi reyddir"

Ermənistanın üçüncü prezidentinin kürəkəni, ölkənin Vatikandakı keçmiş səfiri Mikael Minasyan iddia edir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları onunla əlaqəli şəxslərin evlərində axtarış aparır və onları dindirirlər. KONKRET.az bildirir ki, Minasyan bu barədə öz Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, noyabrın 27-də, səhər saat 8-dən etibarən yenidən “onların fikrincə, mənimlə əlaqəli olanların” mənzillərində axtarışlar aparılıb.

“Axtarışlar 10-dan çox mənzildə aparılıb. Bu növbəti siyasi reydir”, – deyə Minasyan qeyd edib. Minasyanın sözlərinə görə, bütün axtarışlar gülməli bəhanələrlə aparılır və “siyasi rəqiblərin ağzını bağlamaq” məqsədi daşıyır, yəni hakimiyyət bu yolla müxalif düşərgəni qorxutmağa və susdurmağa çalışır.

“Rejimə görə mənimlə, ailəmlə və ya ətrafımla əlaqəli olan insanlara qarşı on cinayət işi açılıb. Artıq hüquq-mühafizə orqanları 25-dən çox mənzildə axtarış aparıb, 400-dən çox insanı sorğu-suala çəkiblər. Hər dəfə eyni qərəzlə: insanları mən və ya ailəmlə bağlı nəsə söyləməyə məcbur edirlər”, – deyən Minasyan təkrarən edilən axtarışların heç bir fayda verməyəcəyinə əmin olduğunu yazıb.

Eyni zamanda, Minasyan həmfikir ordusunun hər gün artdığını iddia edib, çünki insanlar “kiməsə qarşı deyil, hansısa qüvvəni devirmək” üçün deyil, ümumi dəyərlər və hədəflər ətrafında toplaşırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*