Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın ofisi Nikol Paşinyanın 14 apreldə parlamentdə etdiyi açıqlamalarla əlaqədar şərh verib.
KONKRET.az erməni mediasına istinadən şərhi təqdim edir:
“Bu gün parlamentdə kapitulyant tərəfindən səsləndirilən yalanlar seriyası ilə bağlı mətbuatdan xahiş edirik ki, bu cəfəngiyata münasibətimizi öyrənmək üçün Serj Sarkisyanın ofisinə müraciət etməsin və ya hər hansısa sorğu göndərməsin.
Çünki uzun ofisimiz müddət boş və mənasız, eləcə də əsassız iddialarına ətraflı cavab verdi, yalanlarına, gerçəkliyin saxtalaşdırılmasına və cəhalətinə münasibət bildirdi. Lakin kapitulyant çirkli manipulyasiyalarını davam etdirir.
Diplomu da daxil olmaqla onun yalançı və saxtakarlığını ifşa edən çoxsaylı faktlar olduğundan eyni suallara eyni mövzuda cavab verməyin mənasız olduğu qənaətindəyik”.
Rəsmiyyə Şərifova,
KONKRET.az