Sərtləşdirilmiş karantin rejimində jurnalistlərin fəaliyyəti ilə bağlı QƏRARbackend

Sərtləşdirilmiş karantin rejimində jurnalistlərin fəaliyyəti ilə bağlı QƏRAR

Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək fəaliyyətinə icazə verilən şəxslər siyahısına kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri də daxildir.

KONKRET.az xəbər verir ki, bu, Baş Nazir Əli Əsədovun imzaladığı “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarda yer alıb.

Qeyd edək ki, KİV nümayəndələri fəaliyyətinə icazə verilən digər sahələr kimi icazə.e-gov.az portalında qeydiyyatdan keçməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*