Şərurda 18 yaşlı yeniyetmə bıçaqlanıb.
KONKRET.az apa-ya istinadən xəbər verir ki, hadisə mübahisə zəminində baş verib. Rayonun İbadulla kənd sakini, 2007-ci il təvəllüdlü C.Ə. rayonun Qışlaqabbas kənd sakini, 2009-cu il təvəllüdlü M.Ə. tərəfindən bıçaqlanıb.
O, rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Hadisəni törətməkdə təqsirli bilinən M.Əliyev saxlanıb.
Faktla bağlı araşdırma aparılır.