Şərurda biçilmiş taxıl sahəsindəki yanğın söndürülüb – VİDEO – YENİLƏNİBbackend

Şərurda biçilmiş taxıl sahəsindəki yanğın söndürülüb - VİDEO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayonu, Maxta kəndinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

KONKRET.az xəbər verir ki, FHN-dən verilən xəbərə görə, dərhal əraziyə Şərur Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşa məxsus həyətyanı sahədə quru ot, kol-kos və oduncaq tullantılarının yandığı və yanğının yaxınlıqdakı evə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən fərdi yaşayış evinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində təxminən 600m² sahədə quru ot, kol-kos və oduncaq tullantıları yanıb, yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

***

14:06

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayon Maxta kəndində biçilmiş taxıl sahəsində yanğının baş verməsi barədə məlumat daxil olub.

KONKRET.az xəbər verir ki, FHN-dən  verilən məlumata görə, dərhal əraziyə Şərur Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*