ŞƏT liderləri İrana qarşı hərbi zərbələri pisləyiblər — Bəs Ukraynadakı təcavüz nə üçün diqqətdən kənarda qalır?backend

ŞƏT liderləri İrana qarşı hərbi zərbələri pisləyiblər — Bəs Ukraynadakı təcavüz nə üçün diqqətdən kənarda qalır?

Qırğızıstanda baş tutan sammitin yekununda imzalanan Bişkek bəyannaməsində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) liderləri İranda suverenlik və ərazi bütövlüyünü dəstəklədiklərini bəyan ediblər.

KONKRET.az xəbər verir ki, sənəddə Yaxın Şərqdə və İrandakı hadisələrdən ciddi narahatlıq keçirildiyi vurğulanır:

“Üzv dövlətlər İran İslam Respublikanın ərazisinə edilən, mülki əhali arasında çoxsaylı itkilərə və ölkə iqtisadiyyatına ciddi ziyan vuran hərbi zərbələri qətiyyətlə pislədiklərini təsdiqləyirlər”.

Bəyannamə müəllifləri bu cür addımların beynəlxalq hüquq prinsiplərinə və BMT Nizamnaməsinə zidd olduğunu, həmçinin qlobal sülh və təhlükəsizliyə ciddi risklər yaratdığını qeyd ediblər. Konfliktin yalnız siyasi və diplomatik vasitələrlə nizamlanmalı olduğu vurğulanıb.

Sammit zamanı Rusiya Prezidenti Vladimir Putin də çıxış edərək beynəlxalq münasibətlərdən hərbi qarşıdurmaların alovlandırılması praktikasının tamamilə aradan qaldırılmasına çağırıb.

Suallar doğuran yanaşma: Ukraynadakı təcavüz niyə pislənmir?

ŞƏT liderlərinin İrana edilən hərbi zərbələri beynəlxalq hüquq normalarına istinadən sərt şəkildə qınanılması haqlı olaraq suallar doğurur. Belə ki, təşkilat Yaxın Şərqdəki hadisələrə prinsipeal mövqe sərgiləsə də, Ukraynaya qarşı davam edən genişmiqyaslı hərbi təcavüzə gəldikdə bu cür birmənalı qınaqdan yayınır.

Əksinə, paradoksal vəziyyət yaranıb: ŞƏT-nin üzvü olan 2 əsas dövlət — Rusiya birbaşa, İran isə dolayısı ilə Ukraynaya qarşı müharibə aparır. Bu ikili standartlar beynəlxalq hüquq və suverenlik prinsiplərinin tətbiqində tərəflərin geosiyasi maraqlardan çıxış etdiyini bir daha nümayiş etdirir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*