Səudiyyə Ərəbistanının ev sahibliyi edəcəyi DÇ-2034 təxirə salına bilərbackend

Səudiyyə Ərəbistanının ev sahibliyi edəcəyi DÇ-2034 təxirə salına bilər

Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan 2034-cü il futbol üzrə dünya çempionatı (DÇ-2034) 2035-ci ilə təxirə salına bilər.

KONKRET.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Buna səbəb kimi turnirin müsəlmanlar üçün müqəddəs olan Ramazan ayına, həcc mövsümünə və ya yay aylarındakı kəskin istilərə təsadüf etməməsi göstərilir.

Nəşr qeyd edir ki, yüksək temperatur səbəbindən yarışın yay mövsümündə baş tutacağı inandırıcı deyil. “Politico”nun məlumatına əsasən, 2034-cü ildə Ramazan ayı təqribən noyabrın 12-də başlayacaq və dekabrın 12-də başa çatacaq. Mart ayının əvvəllərində isə həcc ziyarəti üçün təxminən 2 milyon insanın Səudiyyə Ərəbistanına yollanması gözlənilir.

2034-cü ilin yanvar və fevral ayları da dünya çempionatının təşkili üçün əlverişli olmaya bilər. Çünki həmin ərəfədə ABŞ-nin Solt-Leyk-Siti şəhərində Qış Olimpiya Oyunları keçiriləcək ki, bu da sponsorların büdcəsini və izləyicilərin diqqətini yayındıra bilər.

“Politico”nun qənaətinə görə, mövcud vəziyyətdə dünya çempionatının 2035-ci ilin əvvəlində keçirilməsi ilə bağlı qərar qəbul edilə bilər.

FIFA-nın bu cür addımı nəzərdən keçirdiyinə dair rəsmi açıqlaması olmasa da, nəşr belə bir ssenarinin istisna edilmədiyini vurğulayır.

Adətən futbol üzrə dünya çempionatları yay aylarında təşkil olunur. Lakin ev sahibi Qətərdəki yüksək hava temperaturu ilə əlaqədar olaraq, turnir 2022-ci ildə ilk dəfə payız-qış mövsümündə baş tutmuşdu.\\oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*