Səudiyyə vəliəhdi Bin Salman məhkəməyə verildibackend

Səudiyyə vəliəhdi Bin Salman məhkəməyə verildi

Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd Bin Salman jurnalist Camal Qaşıqçının qətlinə görə Fransada məhkəməyə verilib.

KONKRET.az-ın məlumatına görə, iki qeyri-kommersiya təşkilatı “Democracy for the Arabic World Now” və “Traal International” şahzadədən Paris İstintaq Məhkəməsinə şikayət edib.

İddia olunub ki, şahzadənin 2018-ci il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda Qaşıqçının başına gətirilənlərdə əli var.

Qeyd edək ki, Bin Salman dövlət başçısı olmadığı üçün cinayət təqibinə qarşı “immunitetə” malik deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*