İspaniya Daxili İşlər Nazirliyinin qiymətləndirməsinə görə, son 24 saat ərzində 49 min miqrant Seuta şəhərinə daxil olub.
İspaniya və Mərakeş Seutaya qanunsuz yolla daxil olan miqrantların mümkün qədər tez deportasiya edilməsi barədə razılığa gəlib.
KONKRET.az xəbər verir ki, bu barədə İspaniya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazir Fernando Grande-Marlaska bildirib ki, insan alveri ilə məşğul olan şəbəkələr məhkəmə qərarından öz maraqları naminə istifadə edərək qeyri-qanuni miqrant axınını təşviq edirlər.
İspaniyanın El Pais qəzetinin yazdığına görə, iyulun 30-u, cümə axşamı günü minlərlə miqrant Mərakeşdən Seutaya üzərək, şişmə dairələr və kiçik qayıqlarla keçib. Şəhərin əhalisi təxminən 85 min nəfərdir.
Rəsmiyyə Şərifova,
KONKRET.az
