Seysmik təhlükəli hündürmərtəbəli binalar SÖKÜLƏCƏKbackend

Seysmik təhlükəli hündürmərtəbəli binalar SÖKÜLƏCƏK

Özbəkistanda 35 minə yaxın hündürmərtəbəli bina müasir seysmik və enerji standartlarına cavab vermir. KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bunu tikinti nazirinin müavini Şöhrəthoca Haşımov parlamentdəki tədbir zamanı deyib.

Haşımovun sözlərinə görə, artıq Özbəkistanda çoxmərtəbəli binaların 80%-i yoxlanılıb və ilin sonunadək bu prosesi tamamilə başa çatdırmağı planlaşdırırlar. “Yoxlamaların nəticələri göstərir ki, bir çox ev müasir seysmik və enerji tələblərinə cavab vermir. Texniki yoxlamalar başa çatdıqdan sonra bütün seysmik olaraq qeyri-sabit çoxmərtəbəli evlərin sökülməsi planlaşdırılır. Sökülməyəcək evlərdə isə enerji yoxlaması aparılacaq”, – deyə Haşımov qeyd edib.

Nazir müavini bildirib ki, yeni evlərin inşası zamanı yerli sakinlərə rahatlıq yaratmaq üçün müvafiq sosial infrastrukturun yaradılmasına diqqət yetiriləcək: “Müəyyən bir ərazi üçün baş plan hazırlayarkən bütün infrastruktur nəzərə alınmalıdır. Renovasiyanı sosial infrastrukturla birləşdirmək vacibdir”.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Haşımov sonda bildirib ki, “renovasiya asan iş deyil, məsələn, Çində artıq 70 ildir davam edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*