Şeyxdən Ərdoğan haqda diqqətçəkən sözlər: “Ona sevgimiz var”backend

Şeyxdən Ərdoğan haqda diqqətçəkən sözlər: “Ona sevgimiz var”

Küveyt şahzadəsi və vəliəhd Şeyx Məşəl əl-Cabir əl-Sabah rəsmi səfərlə ölkəsinə gələn Türkiyə parlamentinin sədri Mustafa Şəntopu qəbul edib.

KONKRET.az xəbər verir ki, görüş Küveytdəki Bəyan Sarayında baş tutub.

Ölkəsi ilə Türkiyə arasındakı tarixi münasibətlərdən danışan əl-Sabah Prezident Rəcəb Tayyib Ərdoğan haqda verdiyi açıqlama ilə də diqqət çəkib.

Küveytə verdiyi dəstəyə görə Ərdoğana təşəkkür edən şahzadə deyib:

“Ərdoğan mövqeyi, sözü və atdığı addımlarla cəsur bir insandır. Ona qarşı sevgi və sayğımız var”.

Əl-Sabah Türkiyə heyətinin ölkəsinə səfərindən xoşbəxt olduğunu söyləyib.

1990-cı illərdə İraq-Küveyt müharibəsi əsnasında Türkiyənin sərgilədiyi mövqeni xatırladan əl-Sabah bildirib:

“Mədəniyyəti və xalqı baxımından qədim olan bu ölkənin sədaqətli mövqeyə malik olması təəccüblü deyil. Təşəkkürlərimizi yeniləyirik. Küveyt qardaşları və dostlarının dəstəyini heç vaxt unutmur”./teleqraf/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*