“Shusha Chess 2022”: Məmmədyarov qələbə qazandıbackend

“Shusha Chess 2022”: Məmmədyarov qələbə qazandı

Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası (AŞF) və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə Şuşada keçirilən beynəlxalq şahmat turnirində birinci tura yekun vurulub.

KONKRET.az-ın məlumatına görə, ilk oyun günündə Azərbaycan təmsilçilərindən kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov və Vasif Durarbəyli qələbə qazanıb, Teymur Rəcəbov ilə Rauf Məmmədov heç-heçə edib. Qədir Hüseynov isə məğlub olub.

Qadınların yarışında isə Günay Məmməzadə rəqibinə uduzub, digləri isə görüşlərini heç-heçə ilə başa vurub.

Kişilər

Şəhriyar Məmmədyarov – Qədir Hüseynov – 1:0

Teymur Rəcəbov – Parham Maqsudlu (İran) – 0,5:0,5

Rüstəm Qasımcanov (Özbəkistan) – Rauf Məmmədov – 0,5:0,5

Vasif Durarbəyli – Hao Vanq (Çin) – 1:0

Mustafa Yılmaz (Türkiyə) – Santoş Qucrati Vidit (Hindistan) – 0:1

Qadınlar

Gövhər Beydullayeva – Xanım Balacayeva – 0,5:0,5

Nana Dzaqnidze (Gürcüstan) – Günay Məmməzadə – 1:0

Ülviyyə Fətəliyeva – Gülnar Məmmədova – 0,5:0,5

Marsel Efroimski (İsrail) – Yolanta Zavadska (Polşa) – 0,5:0,5

Kübra Öztürk Güvənli (Türkiyə) – Meri Arabidze (Gürcüstan) – 1:0

Qeyd edək ki, “Shusha Chess 2022″yə sentyabrın 24-də yekun vurulacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*