Si Cinpindən Baydenə: “Odla oynayan, özünü yandıracaq”backend

Si Cinpindən Baydenə: “Odla oynayan, özünü yandıracaq”

Çin prezidenti Si Cinpin ABŞ lideri Co Baydenlə telefon danışığında Tayvan məsələsinə toxunub.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Si Cinpin Ağ Ev rəhbərinə Çinin “odla oynayan, özünü yandıracaq” ifadəsini xatırladıb:

“Biz separatizmə və Tayvanın müstəqilliyinə və xarici qüvvələrin müdaxiləsinə qəti şəkildə qarşıyıq”, – deyə Çin lideri vurğulayıb.

O əlavə edib ki, ölkənin suverenliyinin və ərazi bütövlüyünün qorunması məsələsində ümumi sayı 1,4 milyard nəfərdən çox olan Çin xalqının iradəsi sarsılmazdır:

“Xalqın iradəsinə qarşı gedə bilməzsən, odla oynamaq şübhəsiz ki, özünü yandıracaq” – Cinpin bildirib.

Bu arada Çin Xarici İşlər Nazirliyi qeyd edib ki, Birləşmiş Ştatlar Pekinin suverenliyini və ərazi bütövlüyünü qorumaq əzmini qiymətləndirməməlidir. Çünki Çin heç bir ölkənin onun daxili işlərinə və  Tayvan məsələsinə qarışmasına imkan verməyəcək.

Çin Kommunist Partiyası MK-nın Xarici Əlaqələr Komissiyasının rəhbəri isə bildirib ki, ABŞ Çinin daxili işlərinə qarışsa, rəsmi Pekin milli maraqların qorunması üçün güclü tədbirlər görəcək.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*