backend

Sığorta şirkətlərinin vəziyyəti ilə bağlı Mərkəzi Bankdan AÇIQLAMA

“Sığorta şirkətlərinin hazırkı maliyyə dayanıqlılığı göstəriciləri qənaətbəxşdir. Amma bu sahədə müxtəlif problemlər də mövcuddur və problemlərin aradan qaldırılması üçün addımlar atılır”.

KONKRET.az xəbər verir ki, məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov bildirib.

Onun sözlərinə görə, ötən ilin noyabr ayından etibarən sığorta sahəsində tənzimləmə və nəzarət funksiyaları Mərkəzi Banka həvalə edildikdən sonra, aparılan təhlillər əsasında sığorta sektorunun inkişaf strategiyası hazırlanıb:

“Belə ki, strategiyanın əsas istiqamətləri sığorta qanunvericiliyinin müəyyən istiqamətlər üzrə modifikasiyasını, istehlakçıların hüquqlarının qorunması məqsədi ilə sığorta qanunvericiliyində müəyyən istiqamətlərin alınmasını, sığortanın əlçatanlığının təmin edilməsi məqsədi ilə elektronlaşma istiqamətində layihələrin hazırlanması nəzərdə tutulub. Artıq elektronlaşma istiqamətində müəyyən işlərə start verilib”.

O bildirib ki, Mərkəzi Bank sığorta sektorunda fəaliyyət göstərən kadrların təlimləri üçün beynəlxalq institutlarla danışıqlar aparıb və qısa müddətdə təlim-tədris işlərinə start veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*