“Silahı yerə qoyun və təslim olun! Mənasız müqavimət göstərməyin!” – MÜRACİƏTbackend

“Silahı yerə qoyun və təslim olun! Mənasız müqavimət göstərməyin!” - MÜRACİƏT

Xəbər verdiyimiz kimi, Silahlı Qüvvələrimiz tərəfindən Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri ilə əlaqədar Qarabağın erməni sakinlərinə SMS vasitəsilə məlumat göndərilib.

KONKRET.az xəbər verir ki, yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq tədbirlər keçirilən ərazidə hərbçilərə və mülki insanlara müraciətlər ünvanlanıb.

Silahlılara müraciətdə silahı yerə qoyub təslim olmaq tələb olunur. Qeyd olunur ki, bu onların sağ qalması üçün son şansdır:

“Silahı yerə qoyun və təslim olun! Mənasız müqavimət göstərməyin! Həyatınızı qoruyun!

Silahlı müqavimət göstərdiyiniz halda məhv ediləcəksiniz!

Özünüzü və ailənizi düşünün!

Sizinlə və ailənizlə Beynəlxalq Humanitar Hüquq normalarına uyğun davranılacaq!

Sizin hüquqlarınız qorunacaq!

Su və ərzaqla təmin olunacaqsınız! Sizə tibbi yardım göstəriləcək!

Təslim olmaq sizin sağ qalmağınız və yaşamağınız üçün fürsətdir!”

Mülki əhaliyə isə bu məzmunda müraciət ünvalanıb:

“Siz və ailəniz separatçıların çirkin siyasi oyunlarının alətinə çevrilmisiniz!

Rəhbər hesab etdiyiniz şəxslər öz ailələrini və sərvətlərini artıq Qarabağdan çıxarıblar!

Siz və ailəniz qorxu, təşviş və ağır vəziyyətdə yaşamağa məcbur edilmisiniz!

Azərbaycan əsgəri dinc əhalini hədəfə almır!

Çıxış yolu silahlı müqavimət göstərməməkdir!

Silahlılara dəstək olmayın!

Müqavimət göstərməyin! Müqavimət göstərdiyiniz təqdirdə, bu, terror kimi qiymətləndiriləcək!

Özünüzü və ailənizi düşünün!

Həyat və sağlamlığınızı riskə atmayın!

Evlərinizi tərk etməyin!”

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*