Simonyan: “Biz KTMT-ni işlətməliyik, daha gözləməyəcəyik”backend

Simonyan: "Biz KTMT-ni işlətməliyik, daha gözləməyəcəyik"

“Biz KTMT-ni işlətməliyik, daha gözləməyəcəyik”.

KONKRET.az xəbər verir ki, bunu oktyabrın 6-da Ermənistan parlamentində jurnalistlərə müsahibəsində parlamentin spikeri Alen Simonyan deyib.

O, “Ermənistanın Qərb fiqurları vasitəsilə Azərbaycanla danışıqlar aparması təhlükəlidirmi, bu danışıqlara aparacaqmı və Rusiyada qısqanclıq hissi yarattmırmı?” sualına cavab verib.

“Mənə lazım deyil ki, başqa ölkənin bir əsgəri də KTMT-nin üzvü olan Ermənistanın sərhədlərini pozmağa cürət etsin.

Mənə fərqi yoxdur – qısqanclıq və ya razılaşmalar əsasında danışıqlar baş verir. Mənim ritorik sualım var. Tutaq ki, hansısa xəyali düşmən Rusiya sərhədini keçib və buna görə Soçi boşalıb. Bu vəziyyəti təsəvvür edə bilirsinizmi? Ölkəmizin təhlükəsizliyi və ərazi bütövlüyü mənim üçün önəmlidir.

Biz KTMT-ni işlətməliyik. Əgər bu mexanizm işləməsə, o zaman təbii ki, biz başqa mexanizmlərə keçəcəyik və hazırda bunu edirik. Biz ona gətirib çıxardıq ki, bəyanat verildi, siyasi qiymət verildi. Amma eyni zamanda, bu bizi qane etmir. Biz ölkəmizin təhlükəsizliyinin təmin olunmasından danışırıq və filan tərəfdən nəyinsə olmasını gözləməyəcəyik. Çünki nəyisə gözləməyə vaxt, ərazi, imkan yoxdur. Nə qədər gözlədik, bəsdir”, – Simonyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*