“Simonyan çox yaxşı bilir ki, Əliyevin sözü Nikol üçün qanundur” – Usunçbackend

"Simonyan çox yaxşı bilir ki, Əliyevin sözü Nikol üçün qanundur" - Usunç

“Məlum bir ifadə var: inqilabı romantiklər həyata keçirir, amma əclaflar onun bəhrəsindən həzz alır. 2018-ci ildə insanlar təmsil etdikləri ədaləti müdafiə etmək üçün küçələrə çıxdılar. İnsanların duyğuları oğurlandı. Amma əclaflar zirvəyə qalxaraq bundan bəhrələnir. Bunu izləmək necə də iyrəncdir. Və bütün bunlar minlərlə qurbanın və Qarabağın itirilməsi fonunda baş verir”.

KONKRET.az xəbər verir ki, bu fikirlər erməni analitik Ayk Usunçun məqaləsində vurğulanıb.

Siyasi ekspert daha sonra yazır: “Milli Assambleyanın sədri təyin edilən Alen Simonyan “məxməri” inqilabın canlı simvollarından biridir. O, “inqilabın” əsas simalarından biridir.

İndi Simonyan “inqilabın” bəhrəsini yeyir. O, bunu xüsusi şou ilə edir. Sinizm və farazizm o yerə çatıb ki, Alen Simonyan itkin düşənlərin və ölən erməni əsgərlərin qohumları ilə görüş təşkil edir, onlara gecələr itkin düşənlər haqqında düşünərək yata bilmədiyini deyir, amma səhərisi gün hamı onun şübhəli maliyyə vəsaitindən danışır. Qış tətili günlərində o, Nikol və başqaları ilə birlikdə Yunanıstanın Mikonos adasında eyş-işrət məclisində görünüb.

Məlum olur ki, Alenin əslində dərdi yalnız əylənməkdir, nəinki erməni xalqı.

Alen Simonyanın Yunanıstandakı məclisi deyilənə görə ad günü ilə əlaqədardır. Onlar öz sevinclərini təmtəraqla ifadə etməkdən zövq alırlar. Bu sevinc isə Qarabağın itirilməsindən irəli gəlir. Mütləq güc “məxmər”ləri azdırıb. Onların arasında Alen Simonyan xüsusilə seçilir. “İnqilabçı” Simonyan öz vətəndaşına tüpürür, Mikonosda əylənir və Qarabağın itirilməsi ilə bağlı rəqs edir.

Yeri gəlmişkən, əgər fikir vermisinizsə, Alen Simonyan Nikolun özündən daha çox nikolizmlə məşğuldur. O, Nikol Paşinyandan daha çox azərbaycanpərəstdir.

Alen çox yaxşı bilir ki, Əliyevin sözü Nikol üçün qanundur. Alenin azərbaycanpərəst bəyanatları həm onun düşüncəsinin nəticəsidir, həm də kreslosunu saxlamaq məqsədi güdür.

“İnqilabçı” övladdan başqa heç nə gözləməyə dəyməzdi”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*