Sentyabrın 26-sı saat 17:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən KONKRET.az-a verilən xəbərə görə, sentyabrın 26-sı saat 17:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi Göygöl, Gəncə, Şəmkir, Ağstafa, Ağdam, Daşkəsən, Gədəbəy, Şabran, Qəbələ, Zaqatala, İsmayıllı, Şəki, Şahdağ, Balakən, Oğuz, Xınalıq, Xaçmaz, Quba, Qusar, Qrız, Qax, Biləsuvar, Yardımlı, Lerikdə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.
Şərq küləyi Naftalanda 18 m/s, Culfada 15 m/s-dək güclənib.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 23, Naxçıvan MR-da 28, Aran rayonlarında 26, dağlıq rayonlarda 14 dərəcəyədək isti qeydə alınıb.