Sinan Oğan şərtlərini açıqladı – SİYAHIbackend

Sinan Oğan şərtlərini açıqladı - SİYAHI

Türkiyədəki prezident seçkilərində üçüncü olan Sinan Oğan ikinci turda dəstəkləyəcəyi namizədin qarşısında 5 şərt irəli sürüb.

KONKRET.az xəbər verir ki, “ATA İttifaqı”nın vahid namizədinin şərtləri aşağıdakılardır:

– Konstitusiyasının ilk 4 maddəsi dəyişməz olaraq qalmalıdır;

– Konstitusiyasının 66-cı maddəsində qeyd edilən “Türkiyə dövlətinə vətəndaşlıqla bağlı olan hər kəs türkdür” ifadələrinə qarşı çıxanlara sərt mövqe nümayiş etdirilməlidir;

– 13 milyon suriyalı və digər qaçqınlar geri göndərilməlidir;

– İqtisadi böhrana səbəb olan faiz, inflyasiya, nəticə döngüsündən qurtulmalı və böhrandan çıxmaq üçün adekvat addımlar atılmalıdır;

– Terror təşkilatları (PKK və Kürd Hizbullahı) və onların siyasi strukturlarından (HDP və HÜDA-PAR) uzaq dayanılmalıdır.//Yenisabah

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*