Rusiyanın Karelya şəhərində nümayiş etdirilən sirkdə ayı təlimçisinə hücum edib.
KONKRET.AZ Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə sirk zamanı hər kəsin gözü qarşısında yaşanıb.
Nümayiş zamanı səhnəyə son olaraq ayı və təlimçisi çıxıb. Ayı əl arabasını sürüb, təlimçisi isə ayının arxasından keçərək qarşısına gəlib. Təlimçi heyvanın boynundakı zəncirdən dartaraq növbəti səhnəciyə keçmək istəyib. Bu zaman canı ağrıyan ayı bir anda sirkin işçisinə hücum edərək üzərinə çıxıb, boynundan və sinəsindən dişləyib.
Hücum zaman sirkin digər əməkdaşı ayını təpikləyərək onu təlimçidən uzaqlaşdırmağa çalışıb. Ayı bir müddətdən sonra təlimçidən əl çəkib. Yaralı dərhal xəsətəxanaya çatdırılıb.
Baş verən hadisədən sonra sirk müvəqqəti olaraq bağlanıb.
KONKRET.AZ sözügedən görüntüləri təqdim edir:


Hazırladı: Firuzə ALİMOVA
