Şirvan Kərimovun səlahiyyətlərinə xitam verildibackend

Şirvan Kərimovun səlahiyyətlərinə xitam verildi

Rusiyanın Samara Vilayəti İctimai Palatasının altıncı çağırış üzvü, “Samara Vilayətinin Azərbaycanlılar Liqası”nın rəhbəri kimi tanınan Şirvan Kərimovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

KONKRET.az lent.az-a istinadla xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Fedorişşenko sərəncam imzalayıb.

Sənəddə həmçinin Regional Yaradıcılıq İctimai Təşkilatı “Duslık”ın (“Dostluq”) prezidenti Faxrutdin Kanyukayevin İctimai Palatanın yeni üzvü təyin edildiyi bildirilib.

Qeyd edək ki, Şirvan Kərimov Samara vilayəti üzrə Rusiya Daxili İşlər Nazirliyi Baş İdarəsinin İctimai Şurasında həmyerlilərimizin maraqlarını müdafiə edib.

Xatırladaq ki, iyulun əvvəlində diaspor sədri olan Şirvan Kərimov Rusiya vətəndaşlığından məhrum edilib və onun bu ölkəyə girişinə qadağa qoyulub.

Əlavə edək ki, son zamanlar Rusiyada Azərbaycan diaspor nümayəndələrinə qarşı təqiblər artıb və onlara qarşı ayrı-seçkilik nümayiş olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*